İsmayıl Saibari anadangəlmə ayaq deformasiyası ilə doğulur.

Bu gün, 15:28           
İsmayıl Saibari anadangəlmə ayaq deformasiyası ilə doğulur.
Həkimlər onun heç vaxt düzgün şəkildə yeriyə bilməyəcəyini deyirdilər. Anası isə bu həqiqəti qəbul etmir, həkimlərə deyirdi ki, oğlumun ayaqlarını özüm düzəldəcəm.
Saibari 3 yaşına qədər ortopedik breketlərlə yaşamağa məcbur olur. O bu breketləri gecələr belə ayağından çıxartmırdı. Uşaq ayaqlarındakı ağrılara görə daim qışqırıb inildəyirdi. Anası oğlunu yatırtmaq üçün saatlarca qolları üstündə evdə gəzdirirdi. Saibari deyir ki, anam olmasaydı, mən heç nəyə dözə bilməzdim.
İsmayıl Saibari Anderlext futbol akademiyasının sınaqlarına qatılır. Məşqçilər onun çox kök olduğunu deyib rədd cavabı verirlər. O, ruhdan düşmür. Öz üzərində çox işləyir. Genk klubunun akademiyasına qatılır.
2017–ci ildə Ayaksın oyunçusu Abdelhak Nuri meydanda infakt keçirir, ağır beyin zədəsi alır və bir daha futbol oynaya bilmir. Saibari o vaxtdan PSV-də 34 nömrəli formanı geyinməyə başlayır. Mərakeş komandasında isə Saibari 11 nömrəli formanı, komanda yoldaşı Bilal El Xanus isə 23 nömrəni geyinir. Onlar hər qoldan sonra əlləri ilə "3" və "4" işarəsi göstərirlər, çünki geyindikləri nömrələrin cəmi 34 (23+11) edir.
Nəcəf Əsgərzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru