"Qazdıqca altından qəbir çıxır" - 150 illik bəy evi niyə tərk edilib? (VİDEO)

Bu gün, 12:24           
"Qazdıqca altından qəbir çıxır" - 150 illik bəy evi niyə tərk edilib? (VİDEO)
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Oğuz rayonunun Xalxal kəndinə səfər edilib.

Rayon mərkəzindən cəmi 15 kilometr aralıda, Baş Qafqaz dağlarının cənub ətəyində yerləşən kənd qədim tarixi və zəngin təbiəti ilə diqqət çəkir.

Verilişdə kənd sakini Nəbi Əhmədov ilə həmsöhbət olunub. O bildirib ki, Xalxalda rast gəlinən qədim qəbirlər kəndin tarixinin çox uzaq dövrlərə, alban tayfalarına qədər uzandığını göstərir.

"Burada alban qəbirləri var. Torpaq qazdıqca həmin qəbirlər ortaya çıxır. O qəbirləri mənim babam da görməyib. Çox qədim dövrə aiddir", - deyə kənd sakini qeyd edib.

Verilişdə həmçinin Tovuzdan Xalxal kəndinə gəlin gələn Zərniyar Nəsibova ilə də söhbət aparılıb. O, həyat yoldaşı ilə tələbəlik illərində tanış olduğunu, atasından çəkindiyi üçün uzun müddət evlənməyə razılıq vermədiyini bildirib.

"Atamdan qorxurdum. Demişdim ki, elçi göndərərsən, atam versə gələrəm. Verməsə, arxamca gəlmə. O da sözünə əməl etdi, arxamca gəlmədi", - deyə Zərniyar Nəsibova bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru