ABŞ İranın hərbi obyektlərinə yeni zərbələr endirdi

Bu gün, 09:06           
ABŞ İranın hərbi obyektlərinə yeni zərbələr endirdi
ABŞ, ticarət gəmilərinə hücumlar barədə məlumatlardan sonra Hörmüz boğazında İran hərbi obyektlərinə yeni zərbələr endirib.

Bizimesr.com bildirir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın Tehranın əsas beynəlxalq gəmiçilik marşrutlarından birini keçən gəmilərə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.

ABŞ prezidenti Donald Tramp hücumları gəmilərə edilən hücuma görə "qisas" adlandırıb və xəbərdarlıq edib ki, bu cür hərəkətlər təkrarlanarsa, Vaşinqton sərt cavab verəcək. "Bu, İranın dünən gəmiləri bombalamasına qarşı qisasdır. Əgər bu, yenidən baş verərsə, vəziyyət daha da pis olacaq!", - deyə o, sosial media hesabı Truth Social-da yazıb.

7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammiti çərçivəsində Tramp İranla müvəqqəti müqavilənin "faktiki olaraq qüvvədən düşdüyünü" bəyan etdi. İran hakimiyyəti isə öz növbəsində ABŞ-ı müqaviləni pozmaqda günahlandırdı və cavab verməyə hazır olduqlarını bildirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru