Kürdüstan istiqamətinə minlərlə xüsusi təyinatlı göndərildi – Müharibə başladı

Bu gün, 09:44           
Kürdüstan istiqamətinə minlərlə xüsusi təyinatlı göndərildi – Müharibə başladı
İran qərb istiqamətində hərbi hazırlığını gücləndirir. Məlumatlara görə, Tehran artan gərginlik fonunda İraq Kürdüstanı ilə sərhədə minlərlə xüsusi təyinatlı hərbçi yerləşdirib.

TEREF xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” adlı Teleqram kanalı məlumat yayıb.

İranlı səhra komandiri bildirib ki, əgər ABŞ və İsrailin dəstəklədiyi kürd silahlı qrupları ölkənin suverenliyini pozmağa cəhd etsə, Tehran yalnız onları geri çəkilməyə məcbur etməklə kifayətlənməyəcək.

“Biz onları yalnız geri oturtmayacağıq, həm də sərhəd boyunca bir neçə kilometr dərinliyində təhlükəsizlik zonası yaradacağıq”, — deyə həmin komandir vurğulayıb.

Qeyd edək ki, İran ilə İraq Kürdüstanında fəaliyyət göstərən kürd silahlı qrupları arasında gərginlik əvvəllər də mövcud olub.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru