Zelenski ABŞ-dan həmin raketlərinin tədarük olunacağını ELAN ETDİ

Bu gün, 08:44           
Zelenski ABŞ-dan həmin raketlərinin tədarük olunacağını ELAN ETDİ
Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün raketləri də əhatə edəcək yeni hərbi yardım paketi alacaq.

TEREF "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski məlumat verib,

"Yaxın günlərdə biz Amerika Birləşmiş Ştatlarından paket alacağıq", - deyə siyasətçi bildirib.

Zelenski əlavə edib ki, o, həmçinin avropalı tərəfdaşlarla gələcəkdə əlavə "PAC-3" raketlərinin tədarükü ilə bağlı ayrı-ayrı razılaşmalar əldə edib.

O, həmçinin bildirib ki, Ukrayna ərazisində "Patriot" ZRK-larının istehsalına başlamaq üçün Ukrayna idarələri ilə beynəlxalq tərəfdaşlar arasında bir sıra texniki məsələlərin razılaşdırılması lazımdır. Onun sözlərinə görə, tərəflər bu danışıqları nə qədər tez başa çatdırsalar, sistemlərin istehsalına bir o qədər tez başlamaq olar./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru