Lüksemburq İsraillə bu sazişin fəaliyyətini dayandırdı...- SƏBƏB?..

Bu gün, 10:18           
Lüksemburq İsraillə bu sazişin fəaliyyətini dayandırdı...- SƏBƏB?..
Lüksemburqun Maliyyə Sektoruna Nəzarət Komissiyası (CSSF) Avropa Birliyində İsrail dövlət istiqrazları üçün prospektlərin təsdiqlənməsi ilə bağlı müqaviləni yeniləməyəcəyini və fəaliyyətini dayandıracağını elan etdi. Növbəti həftə başa çatacaq bu razılaşmanın uzadılmamasına səbəb kimi qurum tərəfindən tənzimləmə qaydaları və hüquqi normalar əsas gətirilir.

Moderator.az bu haqda İsrail və Qərb mediasına istinadla yazır.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra bu prospektlərin təsdiqi əvvəlcə Londondan Dublinə keçmiş, lakin 2025-ci ildə İsrail-İrlandiya münasibətlərinin kəskin pisləşməsi fonunda müvəqqəti olaraq Lüksemburqa ötürülmüşdü. Analitiklər Lüksemburqun bu addımını təkcə texniki səbəblərlə deyil, həm də ölkənin İrlandiya və İspaniya ilə birlikdə Aİ daxilində İsrailə qarşı ən sərt mövqe tutan dövlətlərdən biri olması ilə əlaqələndirirlər...

İsrail üçün iqtisadi nəticələr və alternativlər...

Yalnız son bir ildə bu istiqrazlar ("Bonds") vasitəsilə yəhudi diasporundan və beynəlxalq təşkilatlardan 2,5 milyard dollardan çox vəsait cəlb edilmişdi.

İsrail Maliyyə Nazirliyinin baş auditoru qarşısında hazırda üç çətin yol var: səlahiyyətləri yenidən İrlandiyaya qaytarmaq, başqa bir tərəfdaş Aİ ölkəsi tapmaq və ya Avropada emissiyanı tamamilə dayandırmaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]