Maradonanın "Tanrının əli" qolunu vurduğu top 3,3 milyon dollara satıldı

Bu gün, 10:08           
Maradonanın "Tanrının əli" qolunu vurduğu top 3,3 milyon dollara satıldı
Futbol tarixinə "Tanrının əli" kimi düşən qolun vurulduğu "Adidas Azteca" topu ABŞ-də keçirilən hərracda 3.3 milyon dollara alıcı tapıb.

BBC xəbər verir ki, əvvəlcə bu tarixi idman əşyasının təxminən 10 milyon dollara satılacağı gözlənilirdi.

"Heritage Auctions" hərrac mərkəzi sözügedən lotu "unikal" və "futbol dünyasının ən əhəmiyyətli tarixi əşyası" adlandırıb.

Xatırladaq ki, 22 iyun 1986-cı ildə keçirilən Dünya Çempionatının 1/4 final mərhələsində Argentina millisinin hücumçusu Diyeqo Maradona İngiltərə yığmasının qapısına əllə qol vurmuşdu. İngilis futbolçuların kəskin etirazlarına baxmayaraq, matçın baş hakimi Əli Bin Nasser topun başla vurulduğunu zənn edərək qolu qeydə almışdı. Maradonanın özü isə sonradan bu mübahisəli epizodu "Qol qismən Maradonanın başı, qismən də Tanrının əli ilə vuruldu" şəklində şərh etmişdi.

Sözügedən top 30 ildən çox müddət ərzində məhz həmin hakimə məxsus olub. 2022-ci ildə Əli Bin Nasser onu 2 milyon 370 min dollara satıb. Əşyanın yeni sahibi onu 2023-cü ildə təkrar auksiona çıxarsa da, kifayət qədər diqqət cəlb etmədiyi üçün satış dayandırılmışdı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]