Poroşenko Elçibəyin kadrına vəzifə verdi

23-07-2015, 15:57           
Poroşenko Elçibəyin kadrına vəzifə verdi
Qubadlının keçmiş icra başçısı Ukrayna elm və təhsil nazirinin müşaviri oldu
Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Nuriyev Ukrayna Elm və təhsil nazirinin müşaviri, rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.

Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan Elxan Nuriyev ali təhsilini Lvovda alıb. Ötən əsrin 80-cı illərinin sonlarında milli-azadlıq hərəkatına qoşulmaq üçün Azərbaycana qayıdıb. I Qarabağ savaşında Qarabağda, Qubadlı bölgəsində ermənilərə qarşı vuruşan könüllülər batalyonunun tərkibində döyüşüb. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. Prezident Petro Poroşenkonun imzaladığı sərəncamla iyulun 21-dən Ukrayna elm və təhsil nazirinin müşaviridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]