Rusiyada yeni vergi - “kabab vergisi”

1-10-2015, 11:33           
Rusiyada yeni vergi - “kabab vergisi”
Rusiya vətəndaşlarından yeni vergi – "kabab vergisi" alınacaq.

Publika.az xəbər verir ki, Vergi Məcəlləsinə belə bir dəyişiklik edilməsi təklifi ilə Dumanın üzvü Vladimir Petrov çıxış edib.

Deputat təklif edib ki, Rusiya meşələrində kabab çəkən vətəndaşlardan 500 rubl dəyərində “kabab vergisi” alınsın.

Deputat bunu onunla izah edib ki, meşəyə gələrək kabab çəkən insanlar bu zaman meşəni zibilləyə və ya yanğın yarada bilərlər. Meşə xüsusi ekoloji ərazi olduğuna görə onu qorumaq və qayda-qanuna əməl etmək lazımdır.

Deputat qeyd edib ki, bu verginin olması meşələrdə yanğınların sayını azaldacaq. O həmçinin təklif edib ki, meşədə lisenziyasız kabab çəkən şəxslərə 5 min rubla qədər cərimə tətbiq olunsun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru