Haaqada soydaşlarımız sərvətlərimizin istismarına etiraz olaraq aksiya və yürüş keçiriblər – FOTO/VİDEO

19-12-2022, 00:02           
Haaqada soydaşlarımız sərvətlərimizin istismarına etiraz olaraq aksiya və yürüş keçiriblər – FOTO/VİDEO
Post-müharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərimizin qeyri-qanuni istismarına etiraz edən soydaşlarımız Haaqada etiraz aksiya və yürüş keçiriblər.

“Report” xəbər verir ki, Niderland-Azərbaycan təşkilatının təşəbbüsünə qoşulan azərbaycanlılar ermənilər tərəfindən ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarının daha da gücləndiyi, həmin ərazidə monitorinq keçirmək cəhdlərimizə imkan verilmədiyi barədə məlumatları Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar.

Ekoloji terrorizmə qarşı şüarlar səsləndirn, çağırışlar edən aksiya iştirakçıları Qarabağa toplaşan azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, onları dəstəklədiklərini bildiriblər.

Soydaşlarımız ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizmin bütün regionu təhdid etdiyini vurğulayıb, siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə adekvat reaksiya göstərməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru