Rusiya Ermənistana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Başladı!

Bu gün, 08:34           
Rusiya Ermənistana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Başladı!
Rusiya ilə Ermənistan arasında son günlər kəskinləşən siyasi ziddiyyətlər artıq rəsmi iqtisadi təzyiq müstəvisinə keçib. Rusiya rəsmilərinin bəyanatlarından dərhal sonra Moskva İrəvanı ən həssas sahələrdən vuracaq rəsmi addım atıb.

NOCOMMENT.az xəbər verir ki, İrəvan rəsmi Moskvadan təbii qaz, neft məhsulları və emal olunmamış almaz tədarükünə dair ikitərəfli sazişlərin birtərəfli qaydada ləğv edilməsi (denonsasiya olunması) ehtimalı barədə rəsmi məktub alıb. Bu xəbəri Ermənistan Xarici İşlər Nazirliyi ilə yanaşı, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi də rəsmən təsdiqləyib. Məlumata görə, sözügedən rəsmi xəbərdarlıq məktubu Ermənistan tərəfinə bu gün saat 15:00 radələrində daxil olub.

Ermənistan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək, daxil olan sənədin aidiyyəti dövlət qurumları tərəfindən ciddi şəkildə araşdırılacağını və zərurət yarandıqca erməni tərəfinin rəsmi cavab verəcəyini bəyan edib. İrəvan rəsmiləri Rusiyanın bu addımına qarşı hansı alternativ addımların atılacağı və ya enerji böhranından necə qorunacaqları barədə hələlik hər hansı təfərrüat açıqlamayıblar.

Ekspertlər qeyd edirlər ki, bu rəsmi məktub Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu tənqid edən və ölkədə qiymətlərin kəskin artacağını bildirən sərt bəyanatından dərhal sonraya təsadüf edir. Rusiyadan gələn ucuz qaz və neft güzəştlərinin ləğv olunması Ermənistanda dərin enerji və sosial böhrana yol aça bilər. Eyni zamanda, emal olunmamış almaz tədarükünün dayandırılması Ermənistanın ixracatında mühüm rol oynayan zərgərlik və almaz emalı sənayesini tamamilə iflic etmək təhlükəsi yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru