Stalin onun adına yazılmış bütün məktubları oxuyurmuş
Bu gün, 10:14

“Böyük Vətən müharibəsi dövründə Stalinin bir əmri var idi - oğurluq, talançılıq edənlər bir baş həbsxanaya.
O vaxt anam bir peraşki sexində işləyirdi - böyük bir qazanda peraşki bişirdi, sonra küçələrdə satılırdı. Böyük ailəmizi - 13 qadın və uşaları qidalandırmaq üçün (bütün kişilər cəbhədə idi), anam işdən sonra bir peraşkini önlüyündə gizlədib evinə gətirirdi. Və həmin o bir peraşki ilə sup bişirirdi.
Bir dəfə anamın bu işindən kimsə xəbər verdi və onu həbsxanaya göndərdilər və sonra Vyatkada bir yerə apardılar. Mən heç vaxt nə ya şikayət, nə bir xahiş üçün yazmaram, yazmıram da, lakin ömrümdə bir dəfə Stalinə anam üçün yazmışam. Sözləri haradan tapdım - bilmirəm. Çünki o vaxt iki böyük qardaşım artıq ölmüşdü, atam hələ müharibədə idi. Mən özüm də ağır yaralanmışdım və ərizəmi də cəbhədən yazılmışdım. Axı kimsə əmiuşağılarımı, bacılarımı və yaşlı xalalarımı yedizdirməli idi? Bütün bunları mən yazdım. Və bilirsiniz, bir həftə sonra anam gözlənilmədən evə gəldi. Ona demişdilər: "Oğlunuzun məktubuna görə, səni sərbəst buraxırıq."
Mixail Puqovkinin xatirələrindən.
Есмира Шукурова
TEREF

