Təcili: İrəvan ayağa qalxdı - Paşinyan təşvişə düşüb

Bu gün, 10:34           
Təcili: İrəvan ayağa qalxdı - Paşinyan təşvişə düşüb
"Əgər ermənilər Avropa Birliyini istəyirlərsə, onda AB-yə bənzər qiymətlər olmalıdır".

NOCOMMENT.az bildirir ki, bu haqda Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O, Rusiya ilə Ermənistan arasında qaz müqaviləsinin yenidən nəzərdən keçirilməsi ehtimalını məntiqli adlandırıb.

"Avrasiya İqtisadi Birliyinin üstünlükləri Ermənistana paket müqaviləsində verilib. Əgər onlar AB-yə bənzər qiymətlər istəyirlərsə, bunu edəcəyik", - deyə Rusiya Baş nazirinin müavini bildirib.

Overçuk deyib ki, qaz məsələsi uzun müddətdir ki, qapalı qapılar arxasında müzakirə olunur və Ermənistan rəhbərliyi bu risklərdən xəbərdar idi.

"Biz bu müzakirələri onlarla uzun müddətdir ki, aparırıq və aydındır ki, bütün bunlar bağlı qapılar arxasında baş verib. Hamısı bunu bilir və çox yaxşı başa düşür", - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru