İsveç yaxın qohumlar arasında evliliyi qadağan edəcək

Bu gün, 09:17           
İsveç yaxın qohumlar arasında evliliyi qadağan edəcək
İsveç parlamenti yaxın qohumlar arasında nikahı qadağan edən yeni qanunu yekdilliklə qəbul edib.

"Sweden Herald"ın verdiyi xəbərə görə, 1 iyul 2026-cı ildən etibarən əmioğlu-bibiqızı və digər yaxın qohumlar arasında nikahlar qadağan ediləcək.

Qanuna əsasən, qadağa doğma və ögey qardaş-bacılara, eləcə də övladlığa götürmə nəticəsində yaranan qohumluq münasibətlərinə də şamil olunur.

Yeni qaydalara görə, İsveç xaricdə bağlanmış belə nikahları da tanımayacaq.

Qeyd olunur ki, əmioğlu-bibiqızı nikahları İsveçdə XVII əsrdən bəri icazəli idi, lakin nadir hallarda baş verirdi.

Rəqəmlərə görə, ölkədə bu cür nikahlardan yaranmış təxminən 140-150 ailə var.

Hakimiyyət bu addımı əsasən bəzi regionlardan gələn miqrasiya fonunda mümkün artımla izah edir və məcburi nikahların qarşısının alınacağını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru