Paşinyan Rusiyanın hədələrinə cavab verdi

Bu gün, 00:08           
Paşinyan Rusiyanın hədələrinə cavab verdi
“Ermənistan o qədər varlı olacaq ki, qaz qiymətləri bizə yüksək görünməyəcək”.

TEREF xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Qarni şəhərində seçkiqabağı aksiyada çıxışı zamanı söyləyib.

“Ermənistanı yüksək qiymətlərlə hədələmək məntiqsizdir, çünki yüksək qiymət hədələrinə cavab var: bizim o qədər çox pulumuz olacaq ki, bu bizə bahalı görünməyəcək”, - hökumət başçısı deyib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük kursunu davam etdirəcəyi təqdirdə, Moskvanın qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazır olduğunu bildirmişdi. /Qafqazinfo/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru