Azər (Türk) oğlu Həzrəti İbrahim və Yahudilər m.ö 2-ci minillik.

Bu gün, 07:14           
Azər (Türk) oğlu Həzrəti İbrahim və Yahudilər m.ö 2-ci minillik.
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı. İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır.
İslamda Quran ayələrinin (Ənam, 74; Məryəm, 42-47) zahirinə əsasən, Azəri Həzrət İbrahimin (ə) atası sayılır.
Hz. İbrahim bütpərəst bir ailədə doğulmuşdur. Onun atası Azər bütpərəst idi. Hz. İbrahim, risalətdən əvvəl, gənc yaşlarından rüşd sahibi olmuşdur (“And olsun İbrahimə rüşdünü vermişdik. Biz, onu tanıyırdıq.” Ənbiya 51).
Quran isə Azər haqda yalnız “ﺍﺏ” kəlməsini işlədir, “والد” yox. Ərəb lüğətində “ﺍﺏ” kəlməsi “والد” (“ata”) kəlməsindən tam fərqlənir. “ﺍﺏ” kəlməsi həqiqi atadan başqası haqda da işlənir. Buna görə də “ﺍﺏ” kəlməsi burada çox böyük ehtimalla milli mənsubiyyət mənasında işlənmişdir.
İbrahim hələ Ur şəhərində yaşayarkən Allah ona doğma diyarını tərk edib, göstərəcəyi torpağa getməyi buyurdu. İbrahimlə Sara hara gedəcəklərini və bu göstərişin nəyə görə verildiyini tam bilməsələr də, Allahın buyruğuna itaətkarlıqla əməl etdilər. Onlar nəticədə Kənan torpağında çadırlarda məskən salıb, ömürlərinin sonunadək «müvəqqəti sakin» kimi yaşadılar (Həvarilərin işləri 7:2, 3; İbranilərə 11:8, 9, 13).
İbrahimlə Saranın hələ uşaqları yox ikən Yehova İbrahimdən böyük xalq törəyəcəyini vəd etdi və əlavə olaraq dedi ki, yer üzünün bütün ailələri onun vasitəsilə xeyir-dua alacaq (Yaradılış 11:30; 12:1—3).
İbrahimin 99, Saranın isə təxminən 90 yaşı olanda Yehova onların oğulları olacağını vəd etdi. Bu, insan nöqteyi-nəzəri ilə qeyri-mümkün olsa da, İbrahimlə Sara «Rəbb üçün çətin bir şey» olmadığının şahidi oldular (Yaradılış 18:14).
Mifiq bəlgələrə dayansaq İncildə, Tövratda verilən məlumatlar və sonrakı araşdırmalar onu göstərir ki, İbrahim Peyqənbər m.ö 2000-1800 illər arasında olmuşdur. İbrahim peyqənbərin tarixi təxminən Azərbaycanda qurulmuş Turuk Bəyliyinin dönəminə düşür. Belə əsaslandırmaq olar ki, əgər İbrahim Peyqənbərın babaları Midiyadan köçübsə demək Turuk (Bibliyada atasının adı ona görə Terah-Tırk kimi göstərilir) Bəyliyindən, Azər boylarındandır.
Azər oğlu İbrahim miladdan öncə yüksək ehtimalla 2- ci minilliyin sonu, 1-ci minilliyin əvvəlində indiki Güney Azərbaycanın Təbriz yaxnnlığında yerləşən Aran bölgəsində və ya o, dövrdə mövcud olmuş Azər şəhərində anadan olub. Gənc yaşlarında indiki İrakda qədimdəki Ur şəhərinə köçüb və orada yahudi qızı olan Sara ilə evlənib. Sonra indiki Suriyada qədim Harran viayətinə köçüb, oradan da Kanan torpaqlarına indiki Fələstin, İsrayıl torpaqlarında yerləşib və peyqənbərliyini də orada bəyan edib.(Firudin Ağasıoğlu)
Avram", "Midiya"dan "Misr"ə, "Faraon"a pənah aparıb, Saranı arvadı kimi yox, bacısı kimi təqdim eləyib, "məsələnin üstü açılanda ordan da qovulub! (İsa Muğanna. «İdeal») Yazıçı əsərdə İbhahim peyqənbərin öz bacısı Sara ilə evləndıyi üçün Midiyadan (Bağday) qovulduğunu və yahidilərin də Odər-Azər (Türk) övlatları olduğu fikrini irəli sürür. Bağ Dahi Yazıçı İsa Muğnnanın (İsa Hüseynov) «İdeal» əsəri Azərbaycan xalqının ulu tarixi köklərini, bəşəriyyətin yaranmasını və tarixi məlumatlarda olan təhrifləri özünəməxsus faktlarla təsvir edir. Onun təsvir etdiyi faktları, izahları tarixçi alimlərin bir çoxu tam qəbul etməsə də öz araşdırmalarında, əsərlərində təkzib etmirlər, əksinə tarixi bilgilərlə və bəlgələrlə təsdiq edirlər.
Əksər tədqiqatçıların fikrincə, yəhudi xalqının etnogenezi (formalaşması) vaxtı eramızdan əvvəl 2-1 min arasındakı dövrə təsadüf edir. Bu ərazidə fərqli bir sivilizasiyanın olması faktı mübahisələndirilmir və bununla da Yəhudilərin tarixini qədim edir. Bir çox tarixçi üçün daha böyük bir vəzifə, Məbədlər tarixində təsvir olunan maddi sübutları tapmaqdır.
Yəhudi tarixinin başlanğıcı İncil dövrü ilə əlaqələndirilir. Yəhudi xalqının İncil tarixi, Yəhudi xalqının əcdadı kimi İbrahimin dövründə Yəhudilərin tarix arenasında meydana çıxmasından, Makedoniyalı İskəndərin İudeyanı fəth etməsinə qədər olan dövrü əhatə edir.
Qədim yəhudilər eramızdan əvvəl II minillikldə heç bir mərkəzi hakimiyyətə tabe olmadan 12 tayfa konfederasiyası halında bu ərazilərdə yaşamışdılar. Mərkəzi dövlət yaranana qədər yəhudilər bir neçə yüz il hakimlər tərəfindən idarə olunublar. Əsasən hərbi liderlik rolunu oynayan hakimlərə ehtyac isə xarici düşmənə qarşı mübarizələr zamanı yaranıb. Dəmir dövründə (b.e.ə. II minilliyin son yüzillikləri) Yəhudilərə qarşı ən güclü təhdidləri Kanaanın cənubunda məskunlaşmış filistinlər yaradıb. Egey sivilizasiyasının təmsilçiləri olan filistinlər bu ərazilərə e.ə. II minillikdə gəliblər. Dövrün tədqiqatçıları onların qədim Kritin sakinləri olduğunu güman edirlər.[ii] Bu fikir həm arxeoloji qazıntılar, həm də bioloji qohumluq testlərinin təhlilləri əsasında möhkəmlənir.
Təvəkgül Nəbioğlu
TEREF
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru