Turuk (Türk) Bəyliyi 4000 il öncə.
Bu gün, 10:04

Türk sözünün mənasını dərk etmək üçün mənim fikrimcə ilk növbədə Tur sözünü aydınlatmalıyıq. Məncə Tur sözü OdƏr adının Azər adı kimi başqa dillərdə işlədilən formasıdır. Qaldı ki, K,Ki səsinin Od sözünün təkrar işlənməsidir. OdƏrOd- yəni həqiqi Odər, Odərlər. Turan adı da eyni mənanı verir. Tur-Odər, an, ün- yer, yurd mənasındadır. Tur xan (Turan xan)(Türk) - türk və altay mifologiyasında əfsanəvi xaqan. Türklərin atasıdır. İran tarixinin əfsanələrində, onların baş düşmənidir.
Tanrı adı da Od sözü ilə bağlıdır. OdÜnƏr sözü Skandinaviya xalqlarının dillərində Odın, Sami dillərində Din, İspanca / İtalyanca Dios, Fransızca Dieu, İngiliscə God, Farscada Khoda, Almanca Gott, Asiyanın bəzi xalqlarında Tan, Yunanlarda Ten, bəzi qədimTürk dillərində Tenqre kimi işlədilir.
Mixi yazı ilə yazılmış bu gil tabletlərin mətnləri iyirmi il sonra, 1950-ci ildən başlayaraq, Luvr muzeyi xəbərlərində Georgies Dossin tərəfindən seriyalarla dərc edildi. Bu mətnlərdə turukku şəklində oxunmuş boy adı vardı. İlk dəfə H. Z. Koşay bu adın türklərlə bağlı olduğunu söyləmiş, iki tabletdə turukku sözü olan sətiri 1982-də Buxarestdə nəşr olunan bir elmi bülletendə çap etdirmişdir. 1989-da S.Bayram Turukku sözü olan daha onbir tablet olduğunu qeyd etmişdir.
Tarixdə yazılı qaynaqlarda adı keçən ilk Türk bəyliyi, ilk Türk adlı dövlət qurumu Orta Asiyada deyil, Urmu gölünün güneyində, qədim Azərbaycanda qurulmuşdur.
4 min il öncə Azərbaycanda qurulmuş Turuk bəyliyi haqqında bilgini bizə Mari arxivləri, mixi yazılı Asur qaynaqları verir.
XXIII əsrdə Qutlar hələ hakimiyətə gəlməmişdən əvvəl Akad qoşununun quzey bölgələrdə vuruşduğu 17 boydan biri Elşunailin başçılıq etdiyi Turki (Tourki) şəklində verilən Türk adlı boy idi. Sonrakı Asur yazılarında Dəclə çayının yuxarı axarında subarların Turxu adlı şəhəri də qeyd olunur. Mari sənədlərində adı keçən Türk boyu isə Urmu gölü yaxınlığında yaşayırdı.
Turuk Bəyliyi haqqında dolğun məlumat Türk Dünyasının Böyük Alimi Firudin Ağasıoğlu tərəfindən "Doqquz bitik" tarixi əsərində verilmişdir.
Turukkilərin yaşadığı coğrafıya Urmiyə gölündən tutmuş Zəncana kimi gedib çıxır. Turukkilər tarix səhnəsində qutilər və lullubilərlə eyni vaxtda çıxış etmişlər.
E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində müasir Azərbaycan torpaqlarında yaşadığı təxmin edilən tayfaların və digər etnosların dilləri Zaqr-Elam, Zaqros, Kaspi və s. adlar verilən böyük dillər qrupunda birləşirlər.
Turukki və ya Turuk — E.ə. XX–XIX əsrlərdə Cənubi Azərbaycanda və Xəzərin cənub hissəsində yaşamış qədim türk tayfalarından biri. Quti dövlətinin parçalanmasından sonra turuklar Azərbaycan ərazisində – gələcək Midiya erkən dövlətinin formalaşacağı yerdə kiçik çarlıqlarını qurmuşlar.
Miladdan öncə minillər boyu qədim Azərbaycanda yaşayan türk boyları 3-4 min il əvvəl müxtəlif qollara ayrılmış, bir qolu Türküstan tərəfə köçmüş, digər qolu isə Urmu gölü hövzəsində qalmışdır. Şərqə gedən türklər V əsrdən sonra böyük Göytürk İmperiyasını qurmuşlar.
Bu türklər haqqında Çin mənbələrində, Orxon-Yenisey türk abidələrində və digər qaynaqlarda kifayət qədər məlumat vardır. Müxtəlif dillərdə yazılmış sənədlərdə tukyu (çin), türküt (monqol), tork (fars, erməni) və öz dillərində türük, türk adlanan türklərin şərq qolu elmi ədəbiyatda geniş işıqlandırılmışdır, lakin Ata yurdda qalan türklər barədə bunu söyləmək olmaz, çünki indiyə qədər bu sahədə tədqiqat aparılmamış, yalnız akkad yazılarında bir-iki yerdə adı turukki şəklində oxunan tayfaların türk olması fikri söylənmişdir.
Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minildə qurulan Aratta, Quti, Lulu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birlikdə iştirak etmişlər. Quti sülaləsinin hakimiyətdə olduğu çağda (XXIII əsrdə) Akkad qoşununun quzey bölgələrdə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boydur. Dəclə çayının yuxarı axarında subarların Turxu adlı şəhəri də sonrakı asur yazılarında qeyd olunur. Mari sənədlərində adı keçən türklər isə Dəclənin sol yaxalarında, Urmu gölü yaxınlığında yaşayırdılar.
Quti eli (dövləti) dağılandan sonra üzə çıxan türk adlı boylar bu ərazilərdə quti, lulu, subar, kuman adlı digər türk boyları ilə birlikdə II minil boyu Asur, Hurri – Mitanni, Kassi, Babil və Elam dövlətlərinə qarşı vuruşmuşlar.
3800 il qabaq Avrpadan Balkanların üzərindən indiki Türkiyənin qərbinə Hetetlər gəldilər. Sonra həmin marşurutla Firiklər gəldilər. Türklər başqa torpaqlara köçdükləri kimi bura ön asiyaya m.ö 1500 ildə Akkadlara qohum xalq Assurlar. m.ö.1200 ildə Arameylər indiki Suriya ərazisinə gəldilər.Ümumiyyətlə bu sami xalqlarının vətəni şimal şərqi Afrika sayılır. 3200 il bundan əvvəl Türk tayfalarından Man Tayfası Manna dövlətini qurdular.
Təvəkgül Nəbioğlu
TEREF




