Nikol Paşinyan iki qonşusu ilə sülhə nail olarsa belə, ...

8-05-2024, 09:34           
Nikol Paşinyan iki qonşusu ilə sülhə nail olarsa belə, ...
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh və ya çərçivə sazişinin noyabra qədər imzalanması mümkünlüyünü səsləndirməklə həmin ayda Bakıda iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransda iştirakına işarə edib.
Bu mümkündür. Noyabra qədər saziş imzalanarsa bu Bakıdakı tədbirin əhəmiyyətini artıracaq.
Ancaq buna qədər Nikol Paşinyan erməni radikalları və kilsə ilə mübarizəsini davam etdirməli və özünün bugünkü mətbuat konfransıda dediyi kimi ölkəsinin Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini sona çatdırmalıdır.
Aydındır ki, Nikol Paşinyan iki qonşusu ilə sülhə nail olarsa belə, daşnaklar, Qarabağ klanının üzvləri, separatçılar və keşişlər Azərbaycana və Türk dünyasına qarşı düşməçilikdən əl çəkməyəcəklər. Önəmli olan erməni cəmiyyətinin əksər hissəsinin Nikol Paşinyanın siyasətini dəstəyi davam etdirməsidir.
Sülhdən sonra Ermənistanın Azərbaycanın və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qatılması bu ölkəni anti-türk mərkəzlərdən daha da uzaqlaşmasına şərait yaradacaq. Bunu Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı adlandırmaq mümkün olacaq. Bizə də elə bu lazımdır.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru