“Vital Hospital”ın direktoru mətbuatı hədələdi - “Başınız ağrıyacaq”

Bu gün, 00:04           
“Vital Hospital”ın direktoru mətbuatı hədələdi -
"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Bizimesr.com bildirir ki, "Bizim.Media" məsələylə bağlı xəstəxana ilə əlaqə saxlayıb. “Vital Hospital”-ın direktoru Afaq Məcidova yayılan videoları şantaj olaraq adlandırıb:

"O videolar yalandır, şantajdır. Biz Daxili İşlər Nazirliyinə xəbər vermişik. Bu haqda Nazirliyin cinayət-axtarış söbəsi bu gündən icraata başlayıb, tədbir görüləcək. Bu, yanlış məlumatdır, paylaşsanız, başınız ağrıyacaq", - deyə direktor çox aqressiv şəkildə cavab verib.

Xatırladaq ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən də araşdırma başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru