71 yaşlı anasını kompüterdən aralaya bilməyən rusiyalı kişi özünü vurdu

6-03-2024, 16:23           
71 yaşlı anasını kompüterdən aralaya bilməyən rusiyalı kişi özünü vurdu
Rusiyada qəribə hadisə baş verib: 52 yaşlı kişi özünə pnevmatik silahdan atəş açıb ki, 71 yaşlı anası kompüterlə oynamağı dayandırsın.

Məlumata görə, qadın saatlarla kompüter arxasında olub. Oğlu dəfələrlə özü də kompüterdə oynamaq istədiyini desə də, anası onun yalvarışlarına qulaq asmayıb. Sonra bu münasibətdən əsəbiləşən kişi otağına qapanıb.

Bir müddət sonra bağlı qapının arxasından bərk səs eşidilib, ancaq sosial şəbəkələrə başı qarışan yaşlı qadın səs-küyə məhəl qoymayıb.

Bir saat sonra qapı döyülüb. Qapının arxasında polisləri görən təqaüdçü təəccüblənib. Onlar kişinin çağırışı ilə gəldiklərini bildiriblər. Kişinin otağına keçdikdə isə onu otağın döşəməsində aşkar ediblər.
Məlum olub ki, videooyun həvəskarı özünə pnevmatik silahdan xəsarət yetirib, ancaq hələ də məhəl qoyulmadığına şahid olduqdan sonra polisə zəng edib və anasının kompüterini qəsb etdiyini bildirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Mənbə: Life Shot












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru