Finlandiya körfəzi üzərində PUA vurulub

7-03-2024, 00:02           
Finlandiya körfəzi üzərində PUA vurulub
Leninqrad vilayətinin Lomonosov rayonunda Finlandiya körfəzi üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarını vurublar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Drozdenko özünün Telegram kanalında bildirib.

Hava hücumundan müdafiə sistemləri Finlandiya körfəzinin suları və sahilləri üzərindəki hava hədəflərini vurub.

…Leninqrad vilayətinin Lomonosov rayonunda hava hücumundan müdafiə sistemləri işə düşüb. Hava hədəfləri Finlandiya körfəzinin suları və sahilləri üzərində vurulub.

Məlumatda belə deyilir.

Aleksandr Drozdenko PUA-nın hücumu nəticəsində itki və dağıntıların olmadığını da açıqlayıb.

Digər təfərrüatlar verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru