Otəldə sərxoş turist 6-cı mərtəbədən yıxıldı - Qapıları səhv salıb

7-03-2024, 07:14           
Otəldə sərxoş turist 6-cı mərtəbədən yıxıldı -
Taylandın Şimali Pattaya şəhərin Hindistandan gələn turist içki içib və altıncı mərtəbədəki eyvandan yıxılıb.

32gun.az bildirir ki, bu barədə BNN Breaking məlumat yayıb.

İstintaqın göstərdiyi kimi, yıxılmanın səbəbi zərərçəkənin qapıları səhv salması olub. O, sərxoş halda arxa eyvanın qapısını vanna otağının girişi ilə səhv salıb, otaqdan çıxıb və yerə yıxılıb.

Bu versiyanı hadisə zamanı onun yanında olan adamın dostları da təsdiqləyib. Onlar otel işçilərinə məlumat veriblər, daha sonra yerli xilasetmə xidməti hadisədən xəbər tutub.

Xilasedicilər zərərçəkmişi 5-ci mərtəbədə açıq ərazidə tapıblar. Yıxılma nəticəsində onun qolunda və ayağında sınıqlar yaranıb. Kişiyə ilkin tibbi yardım göstərilib və vəziyyətinin yaxşılaşdırılması üçün yaxınlıqdakı xəstəxanaya aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru