Ruslar "göz"süz qaldı: "Murom-P" kompleksi belə vuruldu - VİDEO

7-03-2024, 00:18           
Ruslar "göz"süz qaldı: "Murom-P" kompleksi belə vuruldu - VİDEO
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya ilə sərhədi yaxınlığında işləyən hava kəşfiyyatçıları işğalçılar tərəfindən maskalanmış “Murom-P” avtonom mobil videomüşahidə sistemini aşkar edərək FPV pilotsuz uçuş aparatı ilə məhv ediblər.
Bu barədə Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bu kompleksin qiymətinin təxminən 50 min dollar olduğu qeyd edilir. "Murom" optikası kamera ilə 10 km-ə qədər, teplovizorlaə isə 4 km-ə qədər məsafədə olan insanı aşkar etməyə qadirdir.
"Ərazidə kəşfiyyat zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin operatorları rus işğalçılarının getdiyi avtomobili də izləyərək yandırıblar", - Ukrayna kəşfiyyatı bildirib.
UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru