28 yaşlı qız əməliyyatdan sağ çıxmadı – Sumqayıtda

23-09-2016, 23:34           
28 yaşlı qız əməliyyatdan sağ çıxmadı – Sumqayıtda
Sumqayıtda növbəti dəfə xəstə ölümü baş verib.

Sentyabrın 18-də şəhərin Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına qanaxma diaqnozu ilə çatdırılmış 28 yaşlı Elnarə Sultan qızı Takayeva (ünvanı: Sumqayıt, 29-cu məhəllə, ev 17/18, mənzil 24) cərrahiyyə əməliyyatından sağ çıxmayıb. Həmin gün səhər saat 6-da mədəsində qanaxma baş verdiyindən xəstə təcili olaraq xəstəxanaya çatdırılsa da, o, yalnız 4 saat sonra – saat 10-da cərrah Bəhram Quliyev tərəfindən sağ yumurtacığının partlaması diaqnozu ilə əməliyyat olunub.

Əməliyyat qurtardıqdan sonra qanaxma yenə davam etdiyi üçün xəstə axşam saat 8-də yenidən əməliyyata götürülüb, lakin əməliyyat uğursuz başa çatıb – gənc qız həyatını itirib.

Xeberle.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru