Bakıda sevgi dramı: anasına məktub yazıb intihar etdi

24-09-2016, 09:21           
Bakıda sevgi dramı: anasına məktub yazıb intihar etdi
Dünən Sabunçu qəsəbəsində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
teref.az-nun məlumatına görə, 1994-cü il təvəllüdlü Sultanov Yusif İlqar oğlunun özünü öldürməsindən ilk olaraq anası xəbər tutub. Dünən axşam saatlarında işdən evə qayıdan qadın 22 yaşlı oğlunun özünü asdığını görüb və şok keçirib.
İlkin araşdırmalar zamanı 22 yaşlı Yusifin məktubu tapılıb. O, məktubunda anasından halallıq istəyib: “Bu gün mənsiz yatın, bundan sonra saat yoxdur…”.
Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Yusif Sultanov xeyli vaxtmış bir qızı sevirmiş. Lakin qızın yaxınları bu izdivaca qarşı çıxıb və onların qovuşmasına imkan verməyib.
Qeyd edək ki, intihar edən gəncin anası və atası uzun müddət əvvəl boşanıb və o, anası ilə yaşayırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru