Masallıda pensiyaçılar etiraza çıxdı, yol bağlandı- Video

25-09-2016, 11:27           
Masallıda pensiyaçılar etiraza çıxdı, yol bağlandı- Video
Masallı şəhərində pensiya alanların “Kapitalbank”ınbankomatlarından pul çəkə bilməməsi narazılığa səbəb olub. teref.az Cenubnews.com internet portalına istinadən xəbər verir ki, bu səbəbdən etirazçılar bankın rayon mərkəzindəki bölməsi qarşısında yolu bağlayıblar.

Sakinlərin sözlərinə görə, əsas narazılıq rayon üzrə“Kapitalbank”ın cəmi 3 (hazırda ikisi fəaliyyət göstərir) bankomatının olmasıdır.Nəticədə insanlar günlərlə aparatın qarşısında növbədə dayanmalı olurlar. Digər tərəfdən, bankomatlarda lazımı məbləğdə pul olmur ki, bu da əhalinin narazılığını daha da artırır. Halbuki, sakinlərdən xəstəsi olan da var, dərman alınmalıdır, amma pul yoxdur.

Məlumata görə, yol bağlandıqdan sonra əraziyə polis əməkdaşları cəlb edilib.Bir neçə nəfər saxlanılsada, sonradan onların sərbəst buraxıldıqları deyilir.

[media=https://www.youtube.com/watch?v=8oZpEpuF55c]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru