Anar Məmmədova məxsus ticarət mərkəzinin suyu kəsildi

29-09-2016, 10:20           

Sentyabrın 28-i səhər saatlarından “Azərsu” ASC metronun “28 May” stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzinin suyunu kəsib. Buna səbəb ticarət mərkəzinin “Azərsu” ASC-yə 38 min manat borcunun olmasıdır. Satıcılar yaranmış vəziyyətə görə ticarət mərkəzinin daxil olduğu “Garant Holding” şirkətini günahlandırır. Onların mərkəzə heç bir borclarının olmadığını, icarə haqlarını vaxtlı vaxtında ödədiklərini bildiriblər.

Xatırladaq ki, “Garant Holding” şirkəti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru