İsrail Əli Xameneinin təyyarəsini vurdu

16-03-2026, 17:02           
İsrail Əli Xameneinin təyyarəsini vurdu
facebook sharing buttontwitter sharing buttonmessenger sharing buttonwhatsapp sharing buttontelegram sharing buttongmail sharing buttonprint sharing button
İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın keçmiş Ali Lideri Seyid Əli Xameneinin təyyarəsini məhv edib.

Mecra.az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki hesabında paylaşdığı bəyanatda deyilir.

Bildirilir ki, paytaxtda yerləşən Mehrabad hava limanına gecə saatlarında həyata keçirilmiş hücum nəticəsində hökumət təyyarəsi zərbə nəticəsində məhv edilib.

İsrail tərəfi bu təyyarədən İranın keçmiş Ali Lideri Ayətullah Əli Xamenei və digər yüksəkrütbəli İran rəsmilərinin istifadə etdiklərini açıqlayıb.

Qeyd edək ki, İsrail ordusu əvvəlki günlərdə də bir neçə dəfə Mehrabad hava limanına zərbələr endirib. Həmin vaxt radiolokasiya sistemlərinin, hava hücumundan müdafiə sistemlərinin, hərbi və hərbi-nəqliyyat təyyarələrinin məhv edildiyi açıqlanmışdı (Qafqazinfo).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru