Rusiyada araq kəskin bahalaşıb

19-03-2026, 07:24           
Rusiyada araq kəskin bahalaşıb
Rusiyada arağın qiyməti kəskin bahalaşıb. 2026‑cı ilin fevralında arağın orta pərakəndə satış qiyməti litr üzrə 948,48 rubl (təxminən 20,39 AZN) təşkil edib.
TEREF Trend-ə istinadən xəbər verir ki, yanvar ayının göstəriciləri ilə müqayisədə arağın qiyməti 2,4 % artıb, 2025‑ci ilin fevralı ilə müqayisədə isə 16,08 % bahalaşıb.

Digər spirtli içkilərin qiymətləri bir qədər az artıb:

pivənin litr qiyməti 208,29 rubl (4,48 AZN) – illik artım 14,96 %

çaxır – 963,48 rubl (20,73 AZN) – 12,6 %

konyak – 1,700 rubl (≈ 36,55 AZN) – 10,09 %.

Bazar iştirakçıları Rusiya arağının qiymətinin artmasının əsas səbəbləri kimi spirt üzrə aksizlərin yüksəldilməsini, minimal pərakəndə satış qiymətinin və istehsal dəyərinin artmasını göstərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru