ABŞ yaxın günlərdə Yaxın Şərqə dəniz piyadaları göndərəcək

21-03-2026, 10:44           
ABŞ yaxın günlərdə Yaxın Şərqə dəniz piyadaları göndərəcək
ABŞ yaxın günlərdə Yaxın Şərqə daha bir neçə min dənizçi və dəniz piyadası göndərməyi planlaşdırır.

Bu barədə NBC məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ən azı 2 200 dəniz piyadasından ibarət 11-ci Dəniz Ekspedisiya Bölməsinin yaxın günlərdə San Dieqodan Yaxın Şərqə göndərilməsi gözlənilir. Mənbələrin bildirdiyinə görə, bu yerləşdirmə əvvəlcədən planlaşdırılandan daha tez həyata keçirilir.

Qeyd olunur ki, şəxsi heyət “USS Boxer” amfibiya hücum gəmisində yerləşdiriləcək. Əməliyyat çərçivəsində qoşunların daşınması üçün daha iki gəminin də cəlb olunacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru