Dayının bacısı oğluna qarşı iyrənc cinayəti...

26-03-2026, 07:34           
Dayının bacısı oğluna qarşı iyrənc cinayəti...
Bakıda tüküpərdici cinayət hadisəsi baş verib.

TEREF xəbər verir ki, 30 yaşlı dayı 15 yaşlı bacısı oğluna qarşı əxlaqsız hərəkətlər edib.

Belə ki, R.E 9-cu sinifdə təhsil alan bacısı oğluna qarşı üç dəfə seksual xarakterli hərəkətlər edib və bunu telefona çəkib.

R.E-ni elə həmin video ələ verib. Onun telefonundakı kadrları həyat yoldaşı təsadüfən görüb. Qadın ərinin hərəkətlərinə dözməyərək polisə məlumat verib.

Zərərçəkmiş məktəbli və onu təmsil edən hüquqi varisi məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmayıblar. Təqsirləndirilən şəxs və zərərçəkmiş aralarında cəmi bir dəfə elə bir şey yaşandığını, həmin gün ikisinin də sərxoş vəziyyətdə olduqlarını deyiblər.

O da məlum olub ki, təqsirləndirilən şəxs bundan əvvəl başqa birini şantaj etdiyi üçün həbs edilibmiş. O, 1 il qabaq vaxtından əvvəl cəzadan şərti olaraq azad edilib.

Bu dəfə isə R.E-yə 2 il 6 ay həbs cəzası verilib.\\“Qafqazinfo”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru