Livan bombalandı, 6 İran diplomatı öldü

28-03-2026, 00:15           
Livan bombalandı, 6 İran diplomatı öldü
İranın Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumları və hava zərbələri nəticəsində altı iranlı diplomatın öldürülməsini pisləyib.

TEREF xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb.

“İsrail ordusu cinayət törədərək İran diplomatlarının iqamətgahına hücum edib, ölkəmizin Livandakı diplomatlarından olan Seyid Məhəmmədrza Musəvi, Əlirza Biyazar, Məcid Həsəni Kəndəsər, Hüseyn Əhmədlu, Əhməd Rəsuli və Əmir Muradını öldürüblər”,- bəyanatda bildirilir.

Diplomatların iqamətgahına hücumun beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru