27 yaşlı gənci SEL APARDI

5-04-2026, 16:52           
27 yaşlı gənci SEL APARDI
Qusar rayonunda bədbəxt hadisə baş verib.

TEREF teleqraf-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Gündüzqala kəndi ərazisindən keçən Quru çayda qeydə alınıb.

Belə ki, kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu qəfil yaranan sel suları aparıb.

İlkin məlumata əsasən, son günlər müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində çayda suyun səviyyəsi kəskin artıb və bu da faciəyə səbəb olub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirlərinin aparıldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru