Çində dəhşətli partlayışda ölənlərin sayı xeyli artdı

5-05-2026, 10:41           
Çində dəhşətli partlayışda ölənlərin sayı xeyli artdı
Çinin Hunan əyalətində fişəng zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb, daha 61 nəfər yaralandığı məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerində beş xilasetmə qrupu işləyir və ümumilikdə 482 nəfər səfərbər olunub. Xilasedicilər robotlardan və xüsusi avadanlıqlardan istifadə edirlər.

Xəbərdə bildirilir ki, zavod ərazisindəki iki barıt anbarı hələ də yüksək risk yaradır. Xilasetmə qərargahı bir kilometrlik əsas əməliyyat və üç kilometrlik nəzarət zonaları müəyyənləşdirib. Sakinlər dərhal təhlükəsiz ərazilərə təxliyə ediliblər. Bütün zərərçəkənlər xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanları partlayış baş verən zavodun sahibini saxlamaq üçün müvafiq tədbirlər görürlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatda ölənlərin sayı üç, yaralıların sayı isə 25 göstərilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru