Cəlilabadda elektriki “tok” vurub öldürdü Bu gün, 00:12 Cəlilabadda kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.Belə ki, elektrik Fariz Məmmədov dirəkdə təmir-bərpa işləri apararkən, elektrik enerjisinin verilməsi nəticəsində onu cərəyan vurub.Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş