ABŞ və İranın imzaladığı anlaşma memorandumunun mətni Tehranın qələbəsi hesab olunur.

Bu gün, 00:04           
ABŞ və İranın imzaladığı anlaşma memorandumunun mətni Tehranın qələbəsi hesab olunur.
Bu, təkcə İran rejiminin propaqandası deyil, memorandum ən azı nəzəri olaraq, ABŞ-ın “geri çəkilməsi” olaraq qiymətləndirilə bilər.
1. ABŞ İran kampaniyasında əsas hədəfinə - rejimin dəyişdirilməsinə nail ola bilmədi, əksinə devirmək istədiyi qüvvələrlə masada razılaşır: rejim nəinki dözdü, hətta tələblərinin əks olunduğu anlaşmaya da nail oldu;
2. İranın Hörmüz boğazı üzərində nəzarət hədəfi memorandumda əksini tapır, bunun praktiki olaraq, baş tutması sual altında olsa da (boğazla bağlı məsələdə Vaşinqtonun fərqli taktikaya əl atdığı görünür);
3. İran “nüvə silahı əldə etməyəcəyi” öhdəliyini götürsə də, “nüvə ehtiyaclarını” məsələsini açıq saxlayır və bu, yekun razılaşmada əksini tapmalıdır;
4. İran bütün sanksiyaların aradan qaldırılması, gələcəkdə yenilərinin tətbiq edilməməsinə nail olur;
5. İranın Hizbullahla bağlı tələbi də memorandumda əks olunur və bu, Tehran üçün əsas nəticələrdən biridir;
6. Memorandumda proksi qüvvələrə dəstək və raket proqramı məsələsinin yer almaması da Tehranın mövqeyindən mühüm nəticədir.
Bu kontekstdə İranın “qələbə elanı” memorandum mətninə əsaslanır. ABŞ-ın qazancı zənginləşdirilmiş uranın durulaşdırılması, nüvə silahının əldə edilməməsidir. Vaşinqtonun anlaşma ilə nüvə proqramı da daxil olmaqla İran üzərində nəzarət imkanı əldə etməsi perspektivini proqnozlaşdırmaq mümkündür, lakin buna nail olub-olmayacağı hadisələrin inkişafından asılı olacaq, hazırda isə memorandum Tehran maraqları üçün daha məqbuldur.
Ümumilikdə anlaşma memorandumunun yekun razılaşmaya çevrilib-çevrilməməsi, 60 günlük müddətdə proseslərin razılaşma çərçivəsində davam edib-etməməsi sual altındadır.
Asif Nerimanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru