Tokio Olimpiadasının təşkilat komitəsi Oyunlar barədə yekun qərarın təxirə salınmasını təklif edir

2-07-2020, 15:37           
Tokio Olimpiadasının təşkilat komitəsi Oyunlar barədə yekun qərarın təxirə salınmasını təklif edir
Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışların keçirilməsi barədə yekun qərarın təxirə salınmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə təkliflə Oyunların təşkilat komitəsi sədrinin müavini Endo Toşiaki çıxış edib. O bildirib ki, Oyunların təşkili ilə bağlı yekun qərar gələn ilin mart-iyun aylarında qəbul oluna bilər.

Təşkilat komitəsi sədrinin müavini qeyd edib ki, Oyunların təşkili barədə qərarın həmin dövrdə qəbulu yarışlara hazırlığın tamamilə başa çatdırılmasına imkan yaradar. Bununla yanaşı, idman federasiyaları da həmin dövrdə Oyunlar üçün seçmə turnirləri başa çatdıra bilərlər.

E.Toşiaki deyib ki, hazırda təşkilat komitəsi məhz bu plana uyğun şəkildə hazırlıq işlərini davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru