"Çelsi" Kepanı dünyaca məşhur qapıçı ilə əvəzləyir

29-07-2020, 00:00           
"Çelsi" Kepanı dünyaca məşhur qapıçı ilə əvəzləyir
“Çelsi” klubu Kepa Arrisabalaqanı dünyaca məşhur qapıçı Yan Oblakla əvəzləmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı tanınmış italiyalı jurnalist Nikola Skira verib. O, London təmsilçisinin Oblakın meneceriylə danışıqlara başladığını da bildirib.

Qeyd edək ki, sloveniyalı qolkiperin Madrid “Atletiko”su ilə müqaviləsi 2023-cü ilə qədərdir.

Əlavə edək ki, Oblakın transfer qiyməti hazırda 80 milyon avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru