İstanbul derbisində “Fənərbağça” məğlub oldu 20-09-2021, 07:29 Sentyabrın 19-da futbol üzrə Türkiyə çempionatının V turu çərçivəsində "Başakşəhər" doğma meydanda "Fənərbağça"nı qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından iki cavabsız top keçirib - 2:0."Başakşəhər"in qollarını Stefano Okaka (16) və Fredrik Qulbrendsen (90+1) vurub. Facebook-da paylaş