Özbəkistan klubunda insident: Pullarını tələb edən oyunçular döyülüblər

22-09-2021, 00:09           
Özbəkistan klubunda insident:
Özbəkistanın "Surxan" komandasının sabiq futbolçuları Javoxir Esonkulov və Akrom Xodjayev rəhbərlikdən məvaciblərini tələb etdikləri üçün döyülüblər.

Cebhe.info xəbər verir ki, bu barədə oyunçular "podrobno.uz" saytına açıqlamasında deyiblər.

Futbolçuların sözlərinə görə, klub rəsmiləri onlara taxta dəyənəklərlə xəsarət yetiriblər. Esonkulov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

Daha sonra Esonkulovun həyat yoldaşı Ruşana Mirsadıkova instaqram səhifəsində ərinin fotosunu paylaşaraq, onun fiziki təzyiqə məruz qaldığını yazıb:

"Əvvəlcə klubdan oyunçulara deyilib ki, maaşları ödəməyə hazırdırlar. Bundan sonra onlar ofisə dəvət olunublar. Klubun ofisinə ilk olaraq Xodjayev getdiyi üçün əvvəlcə onu otağa salıblar. Futbolçunu pəncərədən atacaqları ilə bağlı hədələyiblər. Ardınca isə ərimi döyüblər. Hadisənin ört-basdır etmək üçün onlara yeni köynəklər geyindiriblər".

Mirsadıkova klub rəhbərliyinin futbolçuların heç bir quruma müraciət etməmələri üçün onları hədələdiyini əlavə edib:

"Oyunçulara deyilib ki, onsuz da heç kəs sizə kömək etməyəcək".

"Surxan" klubu isə məlumatı təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru