Balotellidən onu “beyinsiz” adlandıran Sərgən Yalçına CAVAB – FOTO

22-09-2021, 07:06           
Balotellidən onu “beyinsiz” adlandıran Sərgən Yalçına CAVAB – FOTO
Bir zamanlar İtaliya millisindəki və müxtəlif nüfuzlu Avropa klublarındakı çıxışı ilə yadda qalan, hazırda isə Türkiyənin “Adana Dəmirspor” klubunda forma geyən Mario Balotelli “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçına özünəməxsus şəkildə cavab verib.

Belə ki, məşqçi işləməmişdən əvvəl, şərhçilik etdiyi zamanlarda bir televiziya proqramında Balotellini tənqid edərək onu “beyinsiz” adlandıran Sərgən Yalçın illər sonra bu sözünün cavabını meydanda alıb.

Türkiyə Super Liqasının növbəti turu çərçivəsində adıçəkilən komandalar arasındakı matç zamanı forvard 79-cu dəqiqədə fərqlənib və üzünü “qara qartallar”ın ehtiyat skamyasına çevirərək müəyyən jestlər edib. Bu hərəkətinə görə futbolçu sarı vərəqi ilə cəzalandırılıb.

Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru