İtaliyada baş məşqçi hakimi vurduqdan sonra istefa verib

28-09-2021, 00:09           
İtaliyada baş məşqçi hakimi vurduqdan sonra istefa verib
İtaliya çempionatının VII divizionunda "Olyeco-Kastello" - "Karpinyano" oyunu zamanı böyük rezonansa səbəb olan epizod yaşanıb.

Cebhe.info xəbər verir ki, qonaq komandanın baş məşqçisi Covanni Alozi emosiyalarına hakim ola bilməyərək, görüşün referisi Andrea Felisin sifətinə zərbə endirib.

Bu, baş hakimin Aloziyə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə göstərməsindən sonra baş verib. Baş məşqçi texniki zonanı tərk etmək əvəzinə referiyə kobud formada iradlarını bildirib. Ədalət təmsilçisi onun sözlərindən sarsılmasa da, zərbəsindən təsirlənib. Nəticədə baş hakim görüşü davam etdirməməyi qərara alıb və final fitini səsləndirib.

Hadisədən sonra Alozi üzr istəyərək, tutduğu vəzifədən istefa verib. Onu sanksiya və uzunmüddətli diskvalifikasiya gözləyir.

Qeyd edək ki, qarşılaşma "Olyeco-Kastello"nun qələbəsi ilə yekunlaşıb - 2:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru