Məşhur basketbolçu ən əsas rəqibini açıqladı

18-08-2025, 15:38           
Məşhur basketbolçu ən əsas rəqibini açıqladı
Basketbol Şöhrət Zalının üzvü və Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu, amerikalı Dennis Rodman karyerasında əsas rəqibinin özü olduğunu bildirib.

Bu barədə o, N3ON "YouTube" kanalına müsahibəsində deyib.

"Mənim əsas rəqibim? Dennis Rodman. NBA-ya daxil olmaq üçün özümü məğlub etməli idim. Mən yalnız özümə güvənməli idim... O günlərdə 75 min qazansam da, yayda işləməli idim. İlk üç ili mən də bir çoxları kimi yaşadım - əlavə pul qazanmalı oldum", - Rodman bildirib.

O, yoxsulluq içində və atasız böyüyüb. Atası Dennis uşaq olanda ailəni tərk edib, anası isə uşaqları saxlamaq üçün bir neçə işdə çalışıb. Bütün çətinliklərə baxmayaraq, Rodman NBA-da əhəmiyyətli uğur qazanıb. Karyerası ərzində o, ribaundlarda ardıcıl yeddi dəfə liqaya başçılıq edib və iki dəfə liqanın ən yaxşı müdafiə oyunçusu seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]