Real Madridin yeni hədəfi: PSJ-nin ulduzu Xviça Kvaratsxeliya
8-10-2025, 16:34
PSJ-də gözqamaşdıran performans sərgiləyən Xviça Kvaratsxeliya indi də "Real Madrid"in diqqətini çəkib. Heyətində köklü dəyişikliklər planlaşdıran ispan nəhəngi rəsmi olaraq gürcü ulduzu transfer siyahısında birinci yerə qoyub.
"TGRT News" xəbər verir ki, Madrid komandasının prezidenti Florentino Peres şəxsən Xviça Kvaratsxeliya üçün transfer kampaniyasına başlayıb.
"Real Madrid"in gələn yay Vinisius Juniorla vidalaşma ehtimalını nəzərə alan klub rəhbərliyi Kvaratsxeliya ilə müqavilə imzalamağa qərar verib.
Qeyd edək ki, Xviça 2025-ci ilin yanvarında 70 milyon avroya "Napoli"dən PSJ-yə keçib. Paris klubu onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
PSJ-də 39 rəsmi oyuna çıxan Kvaratsxeliya bu müddət ərzində 9 qol vurub, 8 məhsuldar ötürmə edib.