"Barselona" iflas vəziyyətindən çıxır

8-10-2025, 17:34           
"Barselona" iflas vəziyyətindən çıxır
"Barselona" ağır iqtisadi böhrandan sonra özünə gəlməyə davam edir. Klub artıq ikinci ildir ki, 2 milyon avro mənfəət elan edərək, iflasın astanasından qayıdıb.

Bu barədə "Haber Global" xəbər verir.

2024/25 mövsümünün əsas göstəriciləri sırasında klubun adi gəlirlərinin 994 milyon avro həddinə çatması, sponsorluq gəlirlərinin "Nike"la bağlanan yeni müqavilə sayəsində 259 milyon avro ilə tarixi rekord qırması, onlayn satışların genişlənməsi sayəsində mağaza gəlirlərinin 55% artaraq 170 milyon avroya yüksəlməsi, klubun ümumi borcunun 90 milyon avro azalaraq 469 milyon avroya enməsi göstərilib. Həmçinin o da vurğulanıb ki, maaş fondunun ümumi gəlirə nisbəti 54% təşkil edib, bu isə UEFA qaydalarına uyğundur.

Gələcək mövsüm üçün hədəflər

Növbəti mövsüm üçün "Barselona" 1 milyard avro gəlir gözləyir. "Spotify Camp Nou"ya qayıdış, sponsorluq gəlirlərində artım və məhsul satışlarından 200 milyon avro gəlir əsas hədəflər sırasındadır. Klub rəhbərliyi, güclü kommersial göstəricilər əsasında, ard-arda üçüncü ili də mənfəətlə bağlamaq niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]