Erməni əsilli keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirildi

9-10-2025, 16:14           
Erməni əsilli keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirildi
33 yaşlı keçmiş UFC döyüşçüsü, avstraliyalı Suman Moxtaryan Sidneydə silahlı hücum nəticəsində öldürülüb.
Ajans.az xəbər verir ki, hadisə bu gün, oktyabrın 8-də şəhərin ətraf ərazilərindən birində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moxtaryanın bir neçə güllə yarası aldığını aşkar ediblər. Həkimlərin səylərinə baxmayaraq, döyüşçünün həyatını xilas etmək mümkün olmayıb — o, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bu, Moxtaryana qarşı ikinci silahlı hücum olub. 2024-cü ilin fevralında maskalanmış şəxs qida çatdırılması xidmətinin sürücüsü kimi təqdim olunaraq, idman zalının yaxınlığında ona bir neçə dəfə atəş açıb, lakin o vaxt döyüşçü sağ qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]