DÇ-2026: Millimiz Fransaya məğlub olub

11-10-2025, 08:10           
DÇ-2026: Millimiz Fransaya məğlub olub
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.

Parisdəki "Park de Prens" stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]