Mbappe Azərbaycan millisi ilə matçda məyusluq yaşadı

11-10-2025, 09:40           
Mbappe Azərbaycan millisi ilə matçda məyusluq yaşadı
Fransa yığmasının baş məşqçisi Didye Deşam milli komandanın hücumçusu və kapitanı Kilian Mbappenin yenidən topuğundan zədə aldığını bildirib.

Oxu.Az-ın məlumatına görə, onun açıqlamasını jurnalist Fabrisio Romano "X" sosial şəbəkə səhifəsində yazıb.

Hadisə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matç zamanı (3:0) baş verib. "Real Madrid"in futbolçusu görüşün 83-cü dəqiqəsində əvəz olunub.

"İkinci dəfə eyni nahiyədən zədə alıb. Kilian istirahət etdikcə ağrı azalır. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti araşdıracağıq. Mbappe narahatlıq hiss edir, bu da çox yaxşı deyil", - Deşam danışıb.

Qeyd edək ki, matç Fransa yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyundan öncə Mbappenin meydana çıxıb-çıxmayacağı sual altında idi. Çünki İspaniya La Liqasının səkkizinci turunun "Vilyarreal"la (3:1) oyununda topuğundan zədələnmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]