Sergey Rebrov: "oyunun ilk dəqiqələrində gücümüzü göstərəcəyik"

13-10-2025, 10:44           
Sergey Rebrov: "oyunun ilk dəqiqələrində gücümüzü göstərəcəyik"
Ukrayna millisi Azərbaycan yığması ilə oyunun ilk dəqiqələrində gücünü göstərməyə çalışacaq.
TEREF Reporta istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.

Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:

"Ümid edirəm ki, sabah ilk dəqiqədən gücümüzü nümayiş etdirəcəyik. Bu xallar bizə rəqibdən daha çox lazımdır".

O, Bakıda rəqiblə heç-heçə etdikləri (1:1) görüşə də toxunub:

"Bu, tamam fərqli qarşılaşma idi. Meydan bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, futbolçular daha inamlı çıxış edəcəklər".

Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]