DÇ-2026 seçmə mərhələsi: İtaliya və İngiltərə milliləri darmadağınla qalib gəldilər
15-10-2025, 11:08
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti qarşılaşmalar keçirilib.
Oxu.Az xəbər verir ki, I qrupunda Estoniya - Moldova matçı 1:1 hesabı ilə başa çatdığı halda, qrupun digər görüşündə İtaliya milli komandası İsrail yığması üzərində inamlı qələbə qazanıb - 3:0.
K qrupunda İngiltərə millisi səfərdə Latviya yığmasını darmadağın edib - 0:5. Qrupun digər oyununda Andorra millisinin Serbiya yığmasına gücü çatmayıb - 1:3. Bu nəticə ilə İngiltərə yığması mundialın final mərhələsində çıxış etmək hüququ qazanıb və Avropadan DÇ-2026-ya vəsiqə qazanan ilk yığma olub.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: